SOSİAL-İQTİSADİ ŞOK VƏ ONDAN ÇIXIŞ YOLLARI

(QISA ANTROPOLITOLOJİ TƏHLİL)
 
(Əvvəli bu linkdə: http://muxalifet.az/sosial-iqtisadi-sok-v-ondan-cixis-yollari.html)
ŞOKDA OLAN ADAMLAR NƏ DÜŞÜNÜR?
 
“Şok hüceyrəsi – şokun təsirlərini özündə daşıyan ən kiçik vahiddir.
Şok hüceyrəsinin metaforası Azərbaycanda sosial şok vəziyyətində yaşayan hər bir vətəndaşdır, hansı ki, ən ağır fəsadlar şok hüceyrələrində yəni fərdi səviyyədə müşahidə olunur. Bu vətəndaşların psixologiyasında, davranış stilində və düşüncə tərzində fundamental dəyişikliklərin getməsi deməkdir. Ona görə də, şokun başlanğıc mərhələsindəki qısa müddətli sakitlik olduqca çaşdırıcı təsir bağışlayır və hakimiyyəti yeni devalvasiya siyasəti həyata keçirməyə həvəsləndirir. Halbuki, bu susqunluğa hakimiyyət olduqca təhlükəli əlamət kimi baxmalı və ildırım sürəti ilə fövqəladə tədbirlər həyata keçirməlidir.
 
ŞOKA DÜŞƏN İNSANLAR NİYƏ SUSUR?
 
Şok vəziyyəti özündə insan orqanizminin mühitin aqressiyasına “cavab obrazı”nı təqdim edir, hansı ki, bu obrazlar neyroqalandulyar əmr verən və nəzarət edən sistemlərdə filogenetik kodlaşdırılmışdır.
Bu fikirləri metaforik olaraq social şika aid etsək onda aydin olacaq ki, insanlarda ağırlaşan social-iqtisadi vəziyyətə “cavab obrazı” tarixi şüurda kök salmış ictimai müqavimət və ya milli həmrəylik ideyalarını oyandırmağa başlayır hansı ki, xalq öz tarixində ağır sosial-iqtisadi vəziyyətlərdə dədə-babalarının getdiyi yollardan birini getməyi qərarlaşdırır, üsyan və inqilablar mərhələsinin ideyalarını və ya hakimiyyətlə xalqın birlikdə vəziyyətdən çıxma ideyalarını yenidən özündə aktuallaşdırmağa və hakimiyyətin iqtisadi şokuna cavab verməyə hazırlaşır. Bu cavab obrazının ikisindən hansının seçiləcəyi hakimiyyətin antiböhran siyasətindən asılıdır. Müxalifət olaraq biz dərhal iqtidar-müxalifət əməkdaşlığı və milli həmrəylik ideyalarını irəli sürdük. Təəssüf ki, iqtidardakılar vəziyyətin fəlakətli olduğunu hiss etmədən buna əks mövqe nümayiş etdirməkdə və yeni devalvasiyaya hazırlaşmaqdadır.
           
QORXAN VƏ QAÇAN İNSANLAR
 
Xarici təzyiqlərə canlıların üç klassik ardıcıl və mərhələli cavab reaksiyası vardır. Birinci mərhələ xarici təhlükədən qaçmaq, ikincisi, xarici təhlükəyə müqavimət göstərmək, üçüncüsü xarici təhlükəyə tabe olmaq. Bu gün şok vəziyyətində olan xalq birinci mərhələyə xas reaksiyanı - qaçmaq reaksiyasını göstərir.
Hakimiyyəti çaşdıran və arxayınlaşdıran həyata keçirdiyi siyasətə xalqın susqunluqla - qacmaqla verdiyi reaksiyadır.
İnsanın şoka reaksiyası - orqanizmdə sürətli tormozlayıcı reaksiya əmələ gəlir. Bu reaksiya həyati funksiyaların ererqodinamik rejiminin ciddi məhdudlaşdırılması ilə müşahidə olunur, hansı ki, orqanizmin filogenetik özünü müdafiə sitemi kimi təzahür edir. Amma insanda bu müdafiə - əlverişli deyil və məğlubiyyət faktorunun kəskinliyinə uyğun gələn ciddi cavab verməkdən yayınmaq cəhdindən ibarətdir və özündə faktiki olaraq həqiqi “qorxaqlığı” təqdim edir. Bu heyvanların “qaçmasına” uyğundur.
Buradan görünür ki, əslində iqtisadi şoka verilən ilkin cavab -tormozlanma ilə bağlıdır, hansı ki, əksər insan özünü məhdudlaşdırmaya xərclərin kəskin azaldılmasına, ərzaq tədarükünə cəhd edir. Bununla da heyvanların təhlükədən qaçmaqla qurtarmasına uyğun “qaçmaqla” şoka reaksiya verir. Yəni şokun birinci mərhələsi kütləvi sosial qorxu ilə müşahidə olunur və bu qorxu hakimiyyətdən yox, düşdüyü vəziyyətdən və qeyri-müəyyən gələcəyin yaratdığı qorxudur. Ona görə, hətta hakimiyyətin inzibati təzyiqi olmadan belə insanlar şokun ilkin mərhələsinə qorxaqcasına reaksiya verməkdədir.
                        
HİRSNƏN QALXAN, ZƏRƏRİNƏ OTURAR
 
“Amma çox tez bir zamanda orqanizm əmin olur ki, yaşamaq üçün açıq döyüşə girməlidir və buna görə sürətli fəaliyət göstərən katobolik energetik sistemi səfərbər edir. Bu sistemin reaksiyasında təkmil olmur, müvəqqəti olur və bir çox itkilər tələb edir, hansı ki, tezliklə təhlükəli ola bilər. Bu generalizasiya insan orqanizmində icranın əsas yolunda müxtəlif sürətdə ola bilər.”
Bu prosesi sosial şoka metafora etsək aydın olar ki, şoka cavabın ikinci mərhələsi - müqavimət mərhələsi qaçılmazdır. Bir-iki ay ərzində xalq yaşamaq üçün iqtidarın şok siyasətinə qarşı səfərbər olacaq hansı ki, nəhəng itkilərlə müşahidə olunan kortəbii müqavimət formalarında meydana çıxacaq. Hansı ki, xalq və dövlət çox itkilər verə bilər.
Beləliklə, istənilən aqresiyada canlı orqanizm ya qaçmaqla ya da xaricə çıxarılan mübarizə reaksiyası verir hansı ki, aparıcı rol xarici mühitlə əlaqədə sinir sistemi mühüm rol oynayır.
Sosial həyatda sinir sistemi rolunu iqtidar və müxalifət oynayır. Bu o deməkdir ki, şoka qarşı xalq ya iqtidarın ya da müxalifətin iştirakı ilə reaksiya verməyə meyillənəcək. Əgər, iqtidar düzgün antiböhran siyasəti aparsa iqtidar, aparmasa müxalifət xalqı düşdüyü vəziyyətdən çıxarmaq üçün istinad etdiyi vasitə olacaqdır.
Şokun dinamik mərhələləri: müvəqqəti müdafiənin tormozlanması: vaxt arakəsməsi yaranır hansı ki, təcili depresiya və ya təcili aqresiya sonrası tarazlığın pozulması meydana çıxır. Şokun dayanıqlığında geridönməz şok əlaməti - anarxiya vəziyyəti yaranır.
Əgər, iqtidar gözləmə taktikası tutaraq islahatları gecikdirsə adekvat antiböhran tədbirləri görülməsə xalq depresiyaya girəcək hansı ki, aqresiyanı üzə çıxaracaq və ölkədə sabitlik pozulacaq, anarxiya inkişaf edəcək. Bu qara bazarların işə düşməsi, 90-cı illərdəki kimi reketlik fəaliyyəti, silahli qruplaşmaların siyasi situasiyaya nəzarəti ,hakimiyyətdəki cinayətkar qrupların cəmiyyətdəki cinayət qrupları ilə birləşməsi prosesini meydana çıxaracaq. Bu da sosial anarxiyanın tezliklə başlayacağını göstərir.
 
ŞOK VƏZİYYƏTİNİN İDARƏ OLUNMASI
 
Hakimyyət ciddi islahatlar həyata keçirmədikdə şok vəziyyətini normal hallara uyğun idarəetməyə davam edir. Bu da çox ciddi yanlışlıq olur.
Şok zamanı idarəetmədə avtomatik requlyasiya işə düşür.
İqtidarlar yarana biləcək destabilizasiyanı idarə edəcəklərini düşünürlər. Amma biloji şokun tədqiqatı göstərir ki, şok vəziyyətində kibernetika - idarəetmə daha çox avtomatik requlyasiya rejiminə keçir ki, bu da iqtidarın idarəetməsini istisna edir. Nümunə kimi Nardaran hadisəsini göstərmək olar. Nardaranda baş verən hadisələri kənd ağsaqqalları bir neçə saata yoluna qoya bilərdilər, amma hökümət aylardır ki, bir kənddə prosesi nəzarət altına ala bilmir. Avtomatik tənzimlənmə mərkəzi tənzimləməni istisna etdiyindən “bespredel” adlanan özbaşınalıq vəziyyəti yaradır.
Bu qısa təhlil göstərir ki, iqtisadi-sosial şok iki istiqamətdə çıxışla nəticələnəcək, ya ölkədə milli həmrəylik yaranacaq, radikal siyasi-iqtisadi islahatlarla xalqın iştirakı və gücü ilə bu vəziyyətdən az itki ilə çıxılacaq ya da Azərbaycan anarxiya, özbaşınalıq və hakimiyyət boşluğu burulğanına düşəcək hansı ki, sosial inqilabın zəminini təşkil edəcək vəziyyət kimi meydana çıxacaq.
Şokun mərhələlərini sosial sferalara uyğun iqtisadi, sosial və siyasi mərhələ kimi də təyin etmək olar. İqtisadi mərhələ şokun birinici mərhələsi - iqtisadi böhran mərhələsidir, hansı ki, iqtidarların yanlış iqtisadi siyasətinin nəticəsi kimi meydana çıxır. Sosial mərhələrə şokun ikinci mərhələsi – sosial böhran mərhələsidir, hansı ki, xalqın yanlış, kortəbii müqavimət mərhələsi kimi meydana çıxır. Nəhayət siyasi mərhələ şokun üçüncü mərhələsi - siyasi böhran mərhələsidir. Bu mərhələ ya hakimiyyətin, ya da idarəetmənin radikal və fundamental dəyişilməsini tələb edir. Çünki böhranı yaradanlar böhrandan çıxara bilməzlər.
İdarəetmənin dəyişilməsi iqtidardan əvvəlki siyasətindən imtinanı, hakimiyyətin dəyişilməsi xalqın iqtidardan imtinası deməkdir. Birincisi, qansız, dinc, daha az itki ilə vəziyyətdən çıxmaq, ikincisi böhranı daha da dərinləşdirən sosial kataklizmlərlə müşahidə olunacaqdır. Bir partiya olaraq biz ikinci variantın qəti əleyhinəyik. Yəni indki dərinləşməkdə olan ssosial-iqtisadi böhran şəraitində və təhlükəli beynəlxalq siyasi konyukturda hakimiyyətin yox, idarəetmənin dəyişilməsi doğrudur. İdarəetmənin dəyişilməsi yeni qanuni yolla seçilmiş və daxili və xarici güclər tərəfindən birmənalı etiraf edilən, legitimliyə malik parlamentin formalaşmasından, koalision hökumətin yaradılmasından və beynəlxalq administrasiyanı daxili idarəetməyə buraxmaqdan keçir. Bu 3 təklifin hər üçü ilk baxışdan olduqca qeyri-real və radikal görünə bilər. Amma unutmaq olmaz ki, indi radikal addımlar tələb olunur. Kimlər ki, belə addımları atmaq istəmir, onlar cəmiyyəti və özlərini fəlakətə sürükləyir.
 
Hər şey iqtidarin seçimindən asılıdır
 
Söz ardı: Mətbuatdan məlum olmuşdur ki, yaranmış böhrandan xeyli əvvəl AB Azərbaycan iqtidarını böhranla bağlı xəbərdar etmiş və böhranın təsirlərini azaltmaq üçün 16 bənddən ibarət sosial-iqtisadi və siyasi tədbirlər görməyə çağırmışdır. Azərbaycan iqtidarı bunu Qərbin təzyiqi kimi dəyərləndirib, həmin tədbirlərdən heç birini həyata keçirməyib. Nəticədə bu günkü vəziyyət yaranıb. İqtidar eyni davranışlarını davam etdirəcəyi təqdirdə Azərbaycanda mövcud şokdan çıxış böyük itkilər tələb edən yolla inkişaf edəcəyi təhlükəsinin acı bir reallıq olduğunu göstərir. Bu böhrandan çıxmaq Qərbin investisiyasını, əlverişli qərb kreditlərini və xarici borcların ödənilməsinin təxirə salınmasını tələb edir. Bunu isə Qərbə düşmən olmaqla əldə etmək mümkün deyil.
Sərdar CƏLALOĞLU