Sonunda qəbul etdilər: “YPG PKK-nın davamıdır”

Baxış sayı:
6484

ABŞ-ın Suriyadakı keçmiş səfiri Robert Ford terror təşkilatı YPG/PKK-nın İŞİD ilə yalnız öz maraqları üçün mübarizə etdiyini qeyd edərək, "ABŞ-ın Suriyadan geri çəkilməsinin Suriyalı kürdlərə bir xəyanət olduğunu düşünmürəm" deyib.
 
 Vaşinqton mərkəzli beyin mərkəzi “Vudro Vilson Center” (WWC) tərəfindən təşkil olunan "ABŞ-ın Suriyadan çıxarılması doğrudurmu" başlıqlı telekonfransda ABŞ-ın Suriyadakı keçmiş səfiri Fordla yanaşı, Xarici Əlaqələr Şurasının mütəxəssisi Filip Qordon, Atlantika Şurasının qocaman Faisal Itani, “Vaşinqton Post”-un Beyrut Bürosunun rəhbəri Liz Sly və WWC Orta Şərq direktoru Aaron Devid Miller iştirak edib.
ABŞ-ın Suriyada terror təşkilatı YPG/PKK ünsürləri ilə qurduğu əlaqəni "müvəqqəti və taktiki" sözlərilə xarakterizə edən Ford, YPG/PKK-nın İŞİD ilə mübarizəsindəki əsas hədəfin yalnız təşkilatın öz maraqları olduğunu vurğulayıb.
Ford, "Mövcud durumda ABŞ-ın Suriyadan geri çəkilməsinin Suriyalı kürdlərə bir xəyanət olduğunu düşünmürəm" deyə söyləyib.
 
Uzun müddətli bir ittifaq yaratmırdı
 
 YPG-nin PKK ilə əlaqəsinin aydın olduğunu qeyd edən Ford, ABŞ-ın Suriyada YPG ilə əlaqəsinin İŞİD ilə mübarizə kontekstində ortaya çıxdığını deyərək, “ABŞ YPG ilə uzun müddətli bir ittifaq yaratmırdı, oradakı qısa müddətli hərbi bir taktiki ittifaqdı” deyə şərh edib.
Bölgədə kürdlərlə ərəblər arasında bir çox problem olduğunu dilə gətirən Ford, YPG-nin varlığının problemləri nəinki azaltmadı, əksinə İŞİD-ın bu vəziyyətdən istifadə etdiyini ifadə edib.
Ford həmçinin, Münbiç rayonunda srağagün meydana gələn bombalı hücumu həyata keçirən şəxsin regionda məskunlaşan bir adam olduğunu iddia edib.
 
YPG-nin PKK-nın davamı olduğu açıqdır
 
Liz Sly də mövcud gedişatın istiqamətini öncədən görmənin asan olmadığını bildirərək, “YPG-nin PKK-nın davamı olduğu açıqdır. ABŞ İŞİD ilə mübarizədə əsasən PKK olan YPG ilə çalışdı və bunun Türkiyə-Amerika əlaqələrinə mənfi təsirləri oldu" deyə qeyd edib.
Türkiyənin bu məsələdəki narahatlıqlarının uzun bir müddət nəzərə alınmadığını qeyd edən Sly, Münbiçdəki hücumla Türkiyə arasında hər hansı bir əlaqənin olması ehtimalının olmadığını, çünki Türkiyə ilə ABŞ-ın müttəfiq olduğunu vurğulayıb.
Itani isə İsrailin ABŞ-ın Suriyadakı mövcudluğundan məmnun olduğunu vurğulayaraq, Amerika əsgərlərinin ayrıldığı təqdirdə ortaya çıxacaq şəraitdə bir çox qeyri müəyyənliyin olacağına diqqəti çəkib.
YPG-yə dəstək verən ABŞ-ın ölkədəki varlığının Ankara üçün bir narahatlıq mənbəyi olduğunu deyən Itani, bununla son dövrdə Türkiyə ilə ABŞ arasındakı münasibətlərdə nəzərəçarpacaq bir yaxşılaşma baş verdiyini ifadə edib.
Müxalifət.az