SON DƏQİQƏ: Yeni Ombudsman kim olacaq? - Prezident Milli Məclisə namizədlər göndərdi

Baxış sayı:
7441

Milli Məclis (MM) Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilini (Ombudsman) seçəcək.
Prezident İlham Əliyev parlamentə 3 namizəd təqdim edib. Onlardan biri Apellyasiya Məhkəməsinin hakimi Kəmalə Abıyevadır. Digər 2 namizəd də xanımdır. Onlardan biri Ali Məhkəmənin, o biri isə Konstitusiya Məhkəməsinin hakimidir.
Yaxın günlərdə Milli Məclisin plenar iclası keçiriləcək, 3 namizəddən biri seçiləcək. 
Xatırladaq ki, hazırki Ombudsman Elmira Süleymanovadır. Onun 82 yaşı var. //Pravda.az