​SON DƏQİQƏ: Münbiçdə türk ordusuna DƏHŞƏTLİ HÜCUM - Şəhidlər və yaralılar var

Baxış sayı:
14454

PYD/YPG terrorçularının Münbiçə raket və top mərmiləri ilə hücumu nəticəsində şəhid olan türk əsgərlərini sayı artıb. Muxalifet.az xəbər verir ki, yaralı əsgərlərdən biri həyatını itirib, beləliklə bu hücum nəticəsində şəhid olan əsgərlərin sayı ikiyə yüksəlib. *** 15:22 PYD/YPG terrorçularının Münbiçə raket və top mərmiləri ilə hücumu nəticəsində Türkiyə ordusunun 1 əsgəri şəhid olub, 5 əsgər yaralanıb. Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, terrorçuların hücumu bu gün baş verib. Türkiyə ordusu cavab atəşi ilə 15 terrorçunu məhv edib.