SON DƏQİQƏ: Məsciddə DƏHŞƏTLİ PARTLAYIŞ - 20 ölü, çox sayda yaralı var

Baxış sayı:
6427

Əfqanıstanda cümə namazı qılan müsəlmanlar terror aktının qurbanı olub.
Publika.az “Röyters”ə istinadən xəbər verir ki, Nangərhər bölgəsində yerləşən məsciddə meydana gələn partlayış nəticəsində 20 nəfər ölüb, 50 nəfər yaralanıb.
Bu barədə bölgənin bələdiyyə rəsmisi Ataullah Xoqyani TOLO xəbər agentliyini məlumat verib.
Hadisə şahidləri partlayışdan sonra məscidin damının çökdüyünü bildirib.
Hücumun məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməyib.