​SON DƏQİQƏ! - ABŞ qırıcıları Suriyada silah anbarını bombaladı

Baxış sayı:
6644

Müxalifet.az-ın məlumatına görə, lenta.ru saytı xəbər yayıb ki, ABŞ-ın başçılıq etdiyi koalisiya hərbi qüvvələri Suriyada özlərinin  silah anbarına aviazərbələr endiriblər.

Bu barədə "sarsılmaz qətiyyət" əməliyyat qərargahının rəsmi nümayəndəsi Mayls Keqqins öz Twitter hesabından bildirib.

Onun iddiasına görə, Kobani şəhərinin yaxınlığında bütün koalisiya hərbçiləri və döyüş texnikası rayonu tərk etdikdən sonra, iki F-15E qırıcısı döyüş sursatlarının saxlanıldığı Lafarge şirkətinin sement zavoduna əvvəlcədən planlaşdırılmış zərbələr endiriblər. Bununla da obyekt "hərbi nöqteyi-nəzərdən daha dəyərsiz olub”, deyə Keqgins bildirib.

Muxalifet.az