ŞOK: Azərbaycanda gənc oğlan doğum günündə öldü - SƏBƏB

Baxış sayı:
4278

Bu gün Novxanı qəsəbəsində dəniz sahilində gənc oğlanın meyiti tapılıb.
Muxalifet.az
xəbər verir ki, Sahil küçəsi yaxınlığında 1996-cı il təvəllüdlü Ağayev Nicat Adil oğlunun meyiti aşkarlanıb və dərhal hüquq-mühafizə orqanlarına, eləcə də təcili yardıma məlumat verilib. Məlum olub ki, bu gün doğum gününü qeyd edən N.Ağayev kəskin toksik zəhərlənmə səbəbindən dünyasını dəyişib.
23 yaşlı gəncin meyiti ekspertizaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.//Publika