ŞƏMKİRDƏ DƏHŞƏT: Bir ailənin 5 üzvü öldü - ÖLƏNLƏRİN ADLARI / Yenilənib

Baxış sayı:
5794

Şəmkirdə baş verən qəzada ölənlərin kimliyi məlum olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, hadisə zamanı Şəmkir sakinləri, Əliyeva Həyat Rəşad qızı (təqribən 1yaş), 1994-cü il təvəllüdlü Orucova Nübar Dilqəm qızı, 1974-cü il təvəllüdlü Orucov Vüqar Bayram oğlu, 1970-ci il təvəllüdlü Orucov Dilqəm Bayram oğlu və 1971-ci il təvəllüdlü Orucova Rəsmiyyə Nürəddin qızı vəfat edib.

***

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo" xəbər verir ki, hadisə Şəmkir-Gədəbəy avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, hərəkətdə olan "Vaz-21011"lə "Pajero" markalı avtomobillər toqquşub. İlkin məlumata görə, qəza zamanı "Vaz-21011"də olan bir ailənin 5 üzvü ölüb.

Faklta bağlı araşdırma aparılır.