​Şəmkirdə ağır qəza: ölü və yaralılar var

Baxış sayı:
2116

Gəncə-Şəmkir avtomobil yolunda ağır yol qəzası baş verib.
Muxalifet.az-ın qərb bürosunun verdiyi məlumata görə, Şəmkir rayonu ərazisində hərəkətdə olan “VAZ 21011”lə başqa bir avtomobilin toqquşması nəticəsində 1 qadın ölüb, 2 kişi, 1 qadın və 1 yeniyetmə isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.
Hadisənin təfərrüatları müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.