“SEMAŞKO” BAĞLANDI – Yalnız koronaviruslu xəstələr qəbul ediləcək

Baxış sayı:
2689

Paytaxtın 1 saylı Kliniki Tibbi Mərkəzi bağlanıb.

Muxalifet.az xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, “Semaşko” kimi tanınan 1 saylı Kliniki Tibbi Mərkəz sabahdan pandemiya xəstəxanası kimi fəaliyyətə başlayacaq.

Mənbədən verilən məlumata görə, artıq bir neçə gündür ki, mərkəzə xəstə qəbulu dayandırılıb:

“Sabahdan etibarən COVID-19-a qarşı test nümunələrinin cavabları pozitiv (müsbət) çıxan xəstələr mərkəzə yerləşdiriləcək. Burada onların müalicə prosesi aparılacaq”.