RUSİYANIN TÜRKİYƏYƏ GÖNDƏRDİYİ QANLI CAVAB – Müttəfiqlərin hərbi toqquşma riski var

Baxış sayı:
7653

Türkiyə-Suriya münasibətlərindəki gərginlik avqustun 19-dan sonra kəskin artıb. Belə ki, Rusiya-Suriya koalisiyasının təyyarələri Suriyadakı türk konvoyuna zərbələr edirib və nəticədə ən azı üç dinc vətəndaş həlak olub. Bu arada isə Rusiya-Suriya koalisiyasının quru gücləri, müqavimət güclərinin əllərində tutduqları Xan-Şeyxun şəhərinin şimalındakı şoseyə türklərin çıxışını kəsməyə çox yaxındılar. Suriyanın Hama əyaləti və İdlib arasındakı hərbi müşahidə məntəqəsinə təchizat vasitələrı çatdırmaq üçün “M-5” nömrəli avtoyol Türkiyəyə çox vacib lazımdır. Aviazərbələrdən əlavə, Xan-Şeyxun ətrafındakı vəziyyət Rusiya-Suriya müştərək güclərinin aktivləşməsindən xəbər verir. Buradakı məqsəd Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Suriyadakı təsirini azaltmaqdır. Ərdoğanın Suriya müqavimət qruplarını dəstəkləməkdə davam etməsi Rusiya və Suriyanı qəzəbləndirir. Lakin bu koalisiya təkcə terrorçularla mübarizə aparmır. Əksər suriyalı müqavimət qüvvələri öz ailələrini məhv edilməkdən qoruyur. Koalisiya ümid edir ki, Türkiyəni müşahidə məntəqəsinə çıxışdan məhrum etsə, onda onlar Türkiyəni Hama əyalətindən sıxışdırıb uzaqlaşdırarlar və beləliklə də Ərdoğanın qətiyyətini zəiflədərlər. Bu isə İdlib şəhərinə final hücumunu etmək üçün koalisiyaya geniş imkanlar verər. Koalisiya üçün bunun olduqca böyük əhəmiyyəti var. Çünki İdlib müqavimətin son dayaq nöqtəsidir. Son zamanlar koalisiya gücləri müqavimət qüvvələrinin əldə saxladığı rayonlardakı dinc əhaliyə qarşı hücumları intensivləşdirib ki, bu da onların xoşagəlməz niyyətlərindən xəbər verir. Öz qoşunlarına qarşı aviazərbələrə cavab olaraq, Türkiyə Rusiyanın nəzarət etdiyi Suriya hava məkanına döyüş və kəşfiyyat təyyarələri yollayıb. Bu Vladimir Putini Bəşər Əsədə tam fəaliyyət azadlığı vermək qərarına yenidən baxmağa məcbur etmək və eyni zamanda da, ona Türkiyə hərbçilərinin cavab tədbirlərinə hazır olduqlarını göstərməkdir. Lakin çox böyük ehtimalla, Putin belə qərara gəlib ki, Ərdoğanın qarşıdurmaya getməyə cəsarəti çatmaz. Ruslar Suriyada görünmək istədiklərindən xeyli zəifdirlər, amma Ərdoğanın bu yaxınlarda aldığı həmin “S-400” raket sistemləri də Suriyada yerləşdirilib. Ona görə də hava döyüşləri zamanı Türkiyə böyük itkilər verər. Nəzərə alsaq ki, Ərdoğanın Türkiyə daxilindəki mövqeyi də zəifləyib, onda o, qısamüddətli münaqişə və qarşıdurmayla millətçi əhval-ruhiyyəli islamçı bazasını öz ətrafında birləşdirməyə çalışır. Bundan sonra daha əlverişli şərtlərlə barış müqaviləsi imzalana bilər. Son dörd ildir ki, Ərdoğan daima Rusiya-Suriya koalisiyasının ambisiyalarına qarşı çıxmaqla, Putinin iradəsinə tabe olmaq arasında tərəddüdlər edib. Digər çoxsaylı insidentlərlə bərabər aviazərbələr sübut edir ki, təşəbbüs Putinin tərəfindədir. (“Washington Examiner”-ABŞ) “AzPolitika”nın əlavəsi: Baş verən hadisələrdən belə anlaşılır ki, Türkiyə və Rusiya arasında uzunmüddətli və dayanıqlı strateji əlaqələrin qurulması mümkün deyil. Suriya Türkiyənın qonşusudur, Rusiya isə xeyli uzaqdan gəlib. İndi ruslar deyirlər ki, bizi bura Suriya dövləti dəvət edib və beynəlxalq hüquq normalarına uyğun davranırıq. Amma şəhərlərin bombalanması və on minlərlə dinc insanın öldürülməsi beynəlxalq normalara zidd deyilmi? Həm də ki, türk qoşun birləşmələri İdlibdə Rusiya, Türkiyə və İran arasındakı razılaşmaya uyğun olaraq hərəkət edir. Digər yandan isə əgər Suriya ilə Türkiyə arasında silahlı gərginlik şiddətlənsə və Suriya Türkiyə ərazisinə raket zərbələri və ya aviahücumlar etsə, onda həmin “S-400” raket sistemləri nə işə yarayacaq, çünki bu sistemlərin proqram və işləmə kodları Rusiyanın əlində olacaq. Ona görə də, Türkiyənin ciddi seçim etməsi gərəkdir. Əgər hələ Suriya məsələsində razılaşma pozulursa, onda bəs, daha böyük strateji işbirliyində nələr olar? Rusiyanın bunu yerinə yetirəcəyinə təminat vermək olarmı? AzPolitika.info