Rusiyanın Suriyada səs-küylü qələbəsi müvəqqətidir...-Təhlil

Baxış sayı:
7903

Foreign Policy, ABŞ

Qərbdə liberallar və mühafizəkarlar, Rusiyanın yenidən derjava kimi canlandığını və bu imicə uyğun hərəkət etdiyini qəbul etməklə barışmış kimi görünürlər. Yeri gəlmişkən, bu cür dəyərləndirmələr daha aydın işıqlandırmada özünü doğrultmur.
Misal kimi, Rusiyanın Hərbi Hava Qüvvələri İspaniyanın HHQ-ni azca qabaqlayır-halbuki, bu ölkənin əhalisi Rusiya əhalisinin üçdə biri qədərdir. Rusiyanın hərbi büdcəsi isə ABŞ-ın hərbi büdcəsinin onda biri qədərdir: o Çin hərbi büdcəsinin beşdə biri və Yapon hərbi büdcəsindən daha azdır.
Bundan başqa, Rusiyanın xarici siyasətdə uğurları həddən çox şişirdilib. Məsələn, Suriyanı götürək. Standart stereotiplərə uyğun olaraq, 2015-ci ildə prezident Putin sabiq ABŞ prezidenti Barak Obamanın Suriyaya hərbi müdaxilə məsələsində tərəddüd etməsindən istifadə edərək, bu münaqişədə üstünlük əldə etdi.
Həqiqətdə Putinin addımları Obamanın mövqeyi ilə üst-üstə düşmür. Suriya 1956-cı ildən Moskvanın müttəfiqidir. Elə bu ölkəyə silah satışları da, suriyalı əsgər və pilotlarının Çexoslovakiya və Polşada təlim keçməsi də həmin il başlamışdı. Həmin illərdə bu iki ölkə Sovetlərin müttəfiqi idi. Bundan başqa, Suriya ilk dəfə rus qırıcılarının ölkədə yerləşdirilməsini təklif etmişdi. 1971-ci ildə sovet hərbi gəmiləri və sualtı qayıqları Suriyanın Tartus limanını istifadə etməyə başladılar.
Məsələyə bu bucaqdan baxsaq, Putin qambiti bölgədə ABŞ-dan daha üstün olmaq cəhdindən çox, Suriyada təhdid altında olan uzunmüddətli strateji yatırımların qorunması ilə bağlıdır. Putinin fikrincə, Əsədin devrilməsi İŞİD-çilərin qələbəsinə və davamlı xaosa gətirib çıxarardı, bu da Rusiya üçün zərbə olardı.
İran və “Hizbullah” da Suriyadakı hərbi əməliyyatlarda öz maraqlarına görə iştirak ediblər. Onların Suriyanın gələcəyi barəsində planları Rusiyanın maraqlarına uyğun deyil.

Bundan başqa, bu qədər qan tökən İran Rusiyaya Suriyada tək başına hərəkət etməyə imkan verməz.
Başqa sözlə, Rusiya əslində Suriyada qələbə çalmayıb. Hər bir halda onun mükafatı çox olmayacaq.
Xarabalığa dönmüş Suriyanın yenidən qurulması, təxminən 250 millyard dollara başa gələcək. Bu rəqəm Dünya Bankının məlumatlarına görə Suriyanın UDM-dan dörd dəfə çoxdur və Rusiya bunu qarşılamaq imkanında deyil. Gələcək silah satışlarına gəldikdə isə, Əsədin bu xərci necə ödəyəcəyi sual altındadır.
Məhz bu səbəblərə görə Rusiyanın Yaxın Şərqdəki rolu çox şişirdilib. Moskva əlbəttə ki, Liviyadakı konfliktdə fəal rol oynayır. Orada vəziyyətin qaydasına düşməsi isə yorucu əmək tələb edir. Liviya hökumətinin bir rəsmisi Rusyanı öz muzdluları vasitəsilə burada aranı qarışdırmaqda ittiham edib. Həmçinin, Rusiya bu ölkədə təsir qüvvəsinə malik olmaq istəyir. Rusiya diplomatiyasının çevilkiyi İsraildə, Səudiyyə Ərəbistanında və Misirdə diqqəti cəlb edir və şübhəsiz, Putin öz kartlarıyla yaxşı oynayıb. Amma əsas qərarverici məqamda bu ölkələr ABŞ-dan asılı qalacaqlar və Vaşinqtonla sıx bağlı olacaqlar. Heç kim ABŞ-la münasibətlərini rus variantına dəyişməz.
Afrikaya gəlincə-Putin oktyabrın sonunda Soçidə 43 Afrika ölkəsinin sammitini çox reklam eləsə də, bunun Rusiyaya konkret nə verəcəyi dəqiq bəlli deyil. Rusiya Afrikada vacib oyuncu olmaq istəyirsə, yüksək sürətli dönüş etməlidir, amma ticarət və xarici investisiya baxımından yenə də ABŞ, Avropa, Çin, Türkiyə və Hindistanın kölgəsində qalacaq.
Şükürova Ülviyyə, 
Muxalifet.az