Rusiyanın böyük çölü qanayır, amma hələ Vaşinqtonun istədiyi qanlı qırğın başlamayıb... ABŞ-RUSİYA MÜHARİBƏSİNƏ ADDIM-ADDIM

Baxış sayı:
11692

 https://inosmi.ru/, Mysl Polska 
Güman etmək olar ki, Vaşinqtona müharibə lazım olduğu üçün belə bir ehtimal nəzərdən keçirilir və ABŞ nöqteyi-nəzərindən bu çıxış yolu daha çox cazibədar görünür. Yeri gəlmişkən, belə döyüş hətta əgər nüvə fəlakətindən qaçmaq mümkün olarsa da, gözlənilməz qlobal nəticələr yarada bilər. ABŞ-ın başqa variantı yoxdur, Çin faktiki olaraq əlçatmazdır və çin ekspansiyasınınn qabağını almaq üçün, ABŞ Rusiyanı - onun geosiyasi nüfuz məkanl ilə birlikdə özünə tabe etməlidir. Söhbət ilk növbədə təbii ehtiyatlardan, xüsusilə "21-ci əsrin Eldoradosuna çevrilən Arktikadan gedir. Dünya yeni qlobal müharibə ərəfəsindədirmi? 

Rusiya ilə hansısa müharibə aparmaq olarmı? Ümumiyyətlə o realdırmı? İki belə variant var.

Birinci variantda su-nüvə vasitələrini istifadə edib, irimiqyaslı hücuma keçmək lazımdır. Bu konsepsiya ciddi risklər daşıyır, Kreml eyni dərəcədə dağıdıcı zərbə vurmağa imkan tapa biləcəkmi?
Bununla bağlı son illər ikinci strategiya üçün təlimlər həyata keçirilir.

Hansı strategiya seçilə bilər

İkinci strategiyanın tərkibinə müxtəlif epizodlar və müxtəlif vasitələrlə pauzalar verilməklə, eskalasiya və deskalasiya mərhələləri daxildir. Birinci addım Rusiyanı iqtisadi cəhətdən təcrid etməyə, onun üçün maksimal bərbad vəziyyət yaratmağa və hətta onun dağılmasına təhrik etməyə hesablanıb. Bütün vasitələr arsenalı artıq işə salınıb: rus hakimiyyət dairələri nüfuzlu nümayəndələrinin əleyhinə sanksiyalar, beynəlxalq səviyyədə işləyən rus kompaniyaları, rus karbohidrogen ehtiyatları satışına qoyulan limitlər. Bunlar hamısı siyasi haimiyyətin dəyişdirilməsi üçün nəzərdə tutulub.
Lakin Putin, həddən çox mürəkkəb şəraitdə manevrlər edərək, bəzi usta şahmat gedişlərini edə bilib. Birinci növbədə, o  Krımı ələ keçirdərək və Donbassa yardım edərək, Kiyevdə qərb qüvvələrinin tam qələbəsinə imkan verməyib.

Putinin əlindəki kozırlar

O Pridnestrovyeni əlində saxlayıb, Cənubi Osetiyaya, Abxaziyaya kömək edərək, Dağlıq Qarabağıın Ermənistanın əlində qalmasına yardım edərək hələlik vəziyyətə nəzarət edə bilir. Böyük çöl qanayır, amma bu hələ kiçik bir çaydır, hələ Vaşinqtonda hazırlanmış qanlı qırğına çevrilməyib.
Bundan başqa, Rusiya Suriyada hərbi-texniki tədbirlər gördü və uğur qazandı. Çoxlarını təəccübləndirsə də, Türkiyə və İsrail ilə münasibətləri yoluna qoya bildi. Ondan əhəmiyətli dərəcədə asılı olan Tehranla da sıx əlaqələr saxlayır.
Buradan iki şey aydın olur: 1. Pekinin yüksək səviyyədə bu oyunda real olaraq yer almağına hələ çox var; 2. ABŞ Yaxın Şərqdə alçaldıcı məğlubiyyətə düçar olub.

ABŞ yanında kimlərlə Rusiyaya  hücum edəcək

ABŞ kürdlərin simasında öz varlığını saxlayır, amma Putinə bu sərf edir, çünki, onun asta-asta qurduğu balans hələ ki, mövcudluğunu qoruyub saxlayır. Bu vəziyyətdə bir qorxulu məqam var: Rusiyadan daha yüksəkdə durmaq üçün amerikalılar hansısa daha irimiqyaslı avantyura meydana gətirməlidirlər. Görünür ki, indi İran barədə planlar qururlar.
Zərbənin bu istiqamətdən gəlməsi də Moskva üçün göydəndüşmə olacaq: Rusiya özünü məsuliyyətli və ciddi ölkə kimi göstərib, mövqelərini daha da möhkəmlədəcək. Bu şərtlərdə ABŞ-ın yanında Ukrayna, Polşa, Baltikyanı ölkələr müttəfiq olaraq qalacaq. Buradan iki nəticə çıxarmaq olar: əlində qalan tək şey köhnə kibrit qutusudur və bu yenilik deyil ki, Moskvanın simasında o ölümcül düşmənini görür.  
Şükürova Ülviyyə,
Muxalifet.az