Rusiyadan ABŞ-a 'Golan Tepeleri' təpkisi!

Baxış sayı:
4396

Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın “Golan Təpələri” haqqında etdiyi açıqlamaya təpki göstərib.
 
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Twitterdən etdiyi açıqlamada, İsrailin işğalı altındakı mübahisəli Golan Təpələrinin İsrail torpağı olaraq tanınmasının vaxtının gəldiyini ifadə etmişdi.
Mövzuyla əlaqədar “Kommersant FM”-ə danışan Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, "Bilindiyi kimi Rusiyanın Golan Təpələrinin Suriyaya aid olduğu istiqamətində prinsipial bir mövqeyi var. Bu, BMT Təhlükəsizlik Şurasının 1981-ci il tarixli 497 saylı qərarı ilə təsdiqlənib. İsrailin Golan təpələri üzərindəki suverenliyini tanımaq huquqa ziddir və bu yöndə mövqeyimiz dəyişməyib” deyə bildirib.
Zaxarova, "BMT Təhlükəsizlik Şurasını heçə sayaraq Golan Təpələrinin statusunun dəyişdirilməsi BMT qərarlarının birbaşa pozulmasıdır" deyə qeyd edib.
Müxalifət.az