Rusiya YPG terrorçuları ilə birlikdə...
18-01-2019 18:29
Baxış sayı:
8002
Rusiya Münbiç ətrafındakı bəzi nöqtələrdə terror təşkilatı YPG/PKK ilə birgə patrul gəzir. Anadolu Agentliyinin əldə etdiyi görüntülərdə, Rusiya və YPG-nin birlikdə patrul gəzməsindən başqa, bəzi məhəllələrdə birgə fəaliyyət də olduğu görünür. AGENTLİYİN etibarlı yerli mənbələrdən aldığı məlumatlara görə, Rusiya Münbiçin ətrafındakı bəzi məqamlarda müstəqil, bəzilərində isə YPG/PKK-nın qurduğu sözdə Bab Hərbi Məclisi ilə birgə patrul gəzir. AGENTLİYİN əldə etdiyi görüntülərdə, Rus bayraqlı zirehli maşınların rayonun cənub-qərbindəki Arima qəsəbəsinin kənar məhəllələri və ətrafında patrul gəzdiyi görünür. Müxalifət.az