​Rusiya səfirliyi qarşısında polislərə qumbara atdılar

Baxış sayı:
4375

Naməlum şəxslər Rusiyanın Yunanıstandakı səfirliyinin qarşısında dayanan polislərə qumbara atıblar.
Bu barədə TASS-a səfirliyin mətbuat attaşesi Vasili Qavrilov deyib.
O bildirib ki, naməlum şəxslər Afinada yerli vaxtla gecə saat 03:30-da motosikletlə səfirliyin konsulluq bölməsinə tərəf gələrək polis məntəqəsinə qumbara atıblar. Partlayış baş verib, lakin xəsarət alan olmayıb.
Hazırda ərazi polis tərəfindən çəpərlənib. Araşdırma aparılır.