RÜSİYA NÜVƏ TƏLİMLƏRİ KEÇİRİR – Minə yaxın hərbçi, yüzdən çox texnika iştirak edir

Baxış sayı:
1667

Rusiya “Yars” strateji raket komplekslərinin avtonom buraxılış qurğularından istifadə etməklə təlimlər keçirir.

Qafqaz.media TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya KİV-nə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

“İvanovo vilayətində Strateji Raket Qüvvələrinin “Teykovski” birləşməsinin “Yars” mobil yerüstü raket kompleksinin avtonom buraxılış qurğuları təlimlər çərçivəsində döyüş patrul marşrutlarında intensiv manevr əməliyyatları həyata keçirir”, - deyə hərbi idarədən bildirilib.

Qeyd olunur ki, təlimlərə Strateji Raket Qüvvələrinin minə yaxın hərbi qulluqçusu, o cümlədən 100-dən çox texnika cəlb olunub.

Rəsmi açıqlamaya görə, hərbçilər raket komplekslərinin səhra mövqelərinə gətirilməsi, 100 km-ə qədər marş, kamuflyajın təşkili və digər tapşırıqları həll etməli olacaqlar. Onlar həmçinin şərti təxribatçıları da məhv edəcəklər.