Rusiya İŞİD-in mövqelərini darmadağın etdi

Rusiya Müdafiə Nazirliyi Suriyanın Deyr əz-Zor bölgəsindəki İŞİD mövqelərini bombardman etdiyini açıqlayıb.
Muxalifət.az xəbər verir ki, terrorçuların mövqeləri 6 ədəd “Tu-22M3” tipli uzunmənzilli raketlərdən atəşə tutulub.
Rusiyadakı hərbi hava bazasından qalxan təyyarələr terrorçuların Fırat çayı vadisindəki sığınacaqlarını da darmadağın edib.
Hadisənin görüntüləri anbaan qeydə alınıb, nazirliyin rəsmi feysbuk hesabından yayımlanıb.