Rus döyüşçülərdən SURİYADA DƏHŞƏTLİ ƏMƏL: Əsirin başını kəsib… – Video18+

Baxış sayı:
18979

Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin döyüşçülərinin 2017-ci ildə Suriyada əsirə qarşı işgəncə videosunun davamı peyda olub.
Muxalifet.az
xəbər verir ki, bu məlumatı “Novaya qazeta” yayıb. Məlumata görə, 2017-ci ilin iyununda çəkilən videoda əsirə verilən işgəncədən sonra onun başının kəsildiyi və cəsədinin asılaraq yandırılması yer alıb. Bununla bərabər öldürülən şəxsin üzərində “Vaqner”in muzdluları “Hərbi Desant Qüvvələri üçün” sözlərini yazıblar.
Ərəb mediası isə öldürülən şəxsin kimliyini müəyyənləşdirə bilib. Belə ki, onun Həmmadi Taha əl-Buta ləqəbiylə məşhur olan Məhəmməd Taha İsmayıl əl-Abdulla olduğu bildirilib.
1986-cı ildə Deyr əz-Zorda anadan olan bu şəxsin Suriyadan müharibənin başlanğıcında qaçdığı, amma sonradan geri döndüyü və məcburi Bəşər Əsədin ordusuna daxil edildiyi vurğulanıb. Bundan sonra ordudan qaçan şəxs “Vaqner”çilər tərəfindən ələ keçirilib. Onun Xümsdə Şair yatağı yaxınlığında edam edildiyi bildirilib.
“Novaya qazeta” videoda yer alan şəxslərdən birinin Stanislav D. olduğunu bəyan edib. Bu şəxsin “Vaqner”in kəşfiyyatında xidmət etdiyi açıqlanıb.
Şair yatağına gəlincə isə bu ərazi 2017-ci ilin yazında İŞİD-dən “Vaqner”in sayəsində azad edilib. Bundan sonra yataqdan çıxan neftin 25%-nin “Putinin aşpazı” kimi tanınan Yevgeni Priqojinin “Yevro Polis” şirkətinə verildiyi bildirilib. Maraqlı məqam odur ki, bu şərt təkcə Şair yatağına aid edilməyib. Belə ki, şirkətlə Dəməşq arasındakı razılaşmaya əsasən, kompaniya azad edilən bütün neft və qaz yataqlarında 25% paya sahib olacaq.   /Axar.az/