Rus agentliyindən Türkiyə əleyhinə informasiya təxribatı

Baxış sayı:
21736

Dünən Münbiçdə ABŞ əsgərlərinin yemək yediyi bir restoran yaxınlığında terror partlayışı baş verdi ki, nəticədə 5-i ABŞ əsgəri olmaqla 14 adam öldü, 20-dən çox adam da yaralandı. Hadisədən sonra ABŞ rəsmiləri ölənlər arasında ABŞ əsgərlərinin olduğunu təsdiqləyib.
 
RUS AGENTLİYİ SPUTNIKDƏN SON DƏQİQƏ AÇIQLANMASI
 
Bu gün Rusiya xəbər agentliyi Sputnik son dəqiqə xəbəri verib. Bu so dəqiqə xəbərində, bu gün də Münbiçdə bir hücum hazırlığı olduğu, hücumu təşkil edən kəslərin Türkiyə kəşfiyyatı tərəfindən vəzifələndirildiyi və tutulduqları ifadə edilib.
 
ÇOXLİ SİLAHLAR VƏ PATLAYICI ƏLƏ KEÇİRİLDİ
 
Xəbərdə ayrıca Türk kəşfiyyatının 7 terrorçunun yaxalandığı və əllərində olan Kalaşnikov tipli bir çox silah və partlayıcı maddənin ələ keçirildiyi açıqlanıb.
 
TÜRKİYƏ ƏLEYHİNƏ İCTİMAİ FİKİR FORMALAŞDIRILIR
 
Dünən baş verən partlayışdan sonra Rusiya agentliyi Sputnik-in Suriyada Türkiyə əleyhinə ictimai fikir formalaşdırmağa cəhd etdiyi açıq şəkildə ortaya çıxıb.
Müxalifət.az