Rəsmən açıqladılar: Putin dövlət çevrilişi planlaşdırıb

Baxış sayı:
9043

 Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın Ukraynadakı seçkilərdən sonra dövlət çevrilişi etməyi planlaşdırdığını açıqlayıb.
 
Ukrayna Təhlükəsizlik Xidməti (SBU) sədrinin müavini Viktor Kononenko, Rus gizli xidmətinin nəzarətindəki radikal qrupların Ukraynada 31 mart tarixində keçiriləcək prezident seçkilərinin ilk turundan sonra ölkədə iğtişaş törətmə planlarının ortaya çıxarıldığını söyləyib.
İnterfaks agentliyinin xəbərinə görə, Kononenko Rusiyanın nəzarətində hərəkət edən "Ağ Papaqlılar" adlı radikal qrupun seçkilərdən sonra Ukrayna daxilində dövlət binalarını işğal etməyə, kütləvi etirazlar keçirməyi və küçə münaqişələri çıxarmağı planlaşdırdığını iddia edib.
“Ağ Papaqlılar" adlı qrupun liderlərindən Yevgeniy Morinets-in nəzarətə alındığını bildirən Ukraynalı kəşfiyyatçı, Rusiyanın dəstəklədiyi bu adamın Ukraynada 31 mart seçkiləri günü yeni bir "Meydan etirazları" dalğası başlatmaq hazırlığında olduğunun aşkar edildiyini irəli sürüb.
 
Çevriliş hazırlığı etdikləri müəyyənləşdirilib
 
 Üç şübhəlinin ofislərində və evlərində aparılan axtarışlarda molotov kokteyllərinin ələ keçirildiyini qeyd edən Kononenko, Rusiya dəstəkli bu adamların Ukraynada dövlət çevrilişi yolu ilə hakimiyyəti ələ keçirməyə yönəlmiş təxribat hazırlığında olduqlarının müəyyən olunduğunu söyləyib.
Təxribatların əsası olaraq "seçkilərdə hiylə edildiyi" iddiasının ortaya atılmasının nəzərdə tutulduğunu qeyd edən Ukraynalı səlahiyyətli, seçkilərin ilk turundan sonra parlament binasını işğal etmək planlarının da ortaya çıxarıldığını iddia edib.
Müxalifət.az