Ronaldu "Yuventus"da yeni rekorda imza atdı

Baxış sayı:
4118

İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldu komandada mövsüm üzrə qol sayında rekorda imza atıb.

"Report" xəbər verir ki, portuqaliyalı hücumçu Çempionlar Liqasının 1/8 finalının Fransa “Lion”u ilə cavab matçında dubl edib.

Beləliklə, Ronaldu mövsüm ərzində qollarının sayını 37-yə çatdırıb. Bu göstərici klub rekordu olub.

Əvvəlki rekord 95 il əvvəl qeydə alınıb. 1925/1926 mövsümündə bu rekorda Ferens Xirzer imza atıb. O, 35 qol vurub.

"Yuventus" cavab görüşündə "Lion"a 2:1 hesabı ilə qalib gəlib, ancaq ilk matçda 1:0 hesabı ilə qalib gələn Fransa təmsilçisi növbəti mərhələyə səfər qolu qaydası ilə yüksəlib.

Bununla da Ronaldu son 10 ildə ilk dəfə Çempionlar Liqasının 1/4 final mərhələsindən kənarda qalıb. Bunadək ulduz futbolçu 2010-cu ildə İspaniya "Real Madrid"ində çıxış etdiyi vaxt komandası elə "Lion" səddini keçə bilməyib - 1:1, 0:1.