​RƏFAEL CƏBRAYILOV İSTEFASINDAN DANIŞDI: "Şərəfimi tənqidə məruz qoya bilməzdim..."

Baxış sayı:
922

"Mənim jurnalistlərdən xahişim var. Jurnalistlər mənim guya deputat mandatımı girov qoymağımla bağlı informasiyanı hansı ehtirasla yayıblarsa, indi keçirdiyim mətbuat konfransını da həmin ehtirasla yaymaqlarını xahiş ediəm".

Muxalifet.az demokrat.az-a istinadən xəbər verir ki, bu fikirləri bu gün deputat mandantından imtina edən Rəfael Cəbraylov bildirib.
R.Cəbrayılov deyib ki, mandatının girov qoyulması barədə yayılan sensasiyalı xəbərlər həqiqətə uyğun olmayıb.
O, istefa verməsinin səbəbini isə belə əsaslandırıb:
"Mən çox nümunəvi şagird olmuşam, hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişəm. Uzun illərdir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü olmuşam. Səmimi deyim ki, çox yorulmuşam, bir az istirahətə ehtiyacım var.  Mən şərəfimi tənqidə məruz qoya bilməzdim, ona görə də istefa verdim".