Ərdoğanın partiyasında şok istefa - 1 GÜN ƏVVƏL...

Baxış sayı:
12439

Türkiyənin hakim siyasi partiyası olan Ədalət və İnkişaf Partiyasının (AKP) Kütahya əyalət təşkilatının sədri Ali Çetinbaş istefa verib. Noyabrın 11-də Kütahyada keçiriən ağacəkmə aksiyasında iştirak edən və hər şeyin çox gözəl olduğunu deyən partiya rəsmisi 1 gün sonra qəfil qərarını elan edib. A.Çetinbaşın bu qərarı partiyada gözlənilməz olub. Qeyd edək ki, Kütahya AKP-nin yüksək səs faizi topladığı yerərdən biridir.