Ərdoğan ABŞ-a gedir

Baxış sayı:
7000

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ABŞ-a səfər edəcək.
Muxalifet.az
xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Adiministrasiyası məəlumat yayıb.
Xəbərə görə, Ərdoğan 12-13 noyabr tarixlərində Vaşinqtonda rəsmi səfərdə olacaq. O, Birləşmiş Ştatların dövlət başçısı Donald Trampla görüşəcək. Prezidentlər ən yeni qırıcıların, ABŞ və Rusiyanın "Patriot" və S-400 Hava Hücumundan Müdafiə sistemlərinin alınmasını, həmçinin Suriyadakı vəziyyəti müzakirə edəcəklər.
Görüşdə habelə ABŞ-la Türkiyə arasındakı ikitərəfli əlaqələr müzakirə olunacaq. Ağ Evdə keçiriləcək görüşdə Suriya ilə sərhəd boyu təhlükəsizlik zonasının yaradılması, YPG rəhbərinin təhvil verilməsi, İŞİD-in son durumu, FETÖ ilə mübarizə, F-35 böhranı müzakirə olunacaq.