QOYUNLARINI SATIB, 4 MİN MANAT RÜŞVƏT VERDİ, AMMA… - Müstəntiq tərəfindən aldadıldığını idda edən Şamaxı sakinindən Prezidentə və DİN rəhbərinə müraciət

Baxış sayı:
15884

Şamaxı rayonu, Təklə kənd sakini Məhərrəmov Əfqan Xanəhməd oğlu tərəfindən Muxalifet.az-;n redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, daxili işlər naziri cənab Vilayət Eyvazova, baş prokuror Zakir Qaralova müraciət edən şikayətçi yzır:
“Mən Şamaxı rayonunun Təklə kəndində yaşayır və həmişə qoyunçuluq fermer təsərrüfatla məşğul olub ailəmin dolandırıram. 28 oktyabr 2017-ci il tarixində Şamaxı rayonun Acıdərə adlanan ərazisində Binyətov Aslan Paşa oğlu arasında fermada qoyunların saxlanması üstündə mübahisəmiz düşmüş və bu mübahisə qardaşım Şənliyin də iştirak etdiyi davaya çevrilmişdir. Nəticədə hər iki tərəf yüngül bədən xəsarətləri alsa da, barəmizdə cinayət işi başlanılmış və Qobustan rayon Polis Şöbəsində işimizi  baş  müstəntiqi, Fərid Fətəliyev araşdırmışdır.
O, bizə mənə və atama (Xanəhmədə) təklif etmişdir ki, 4000 manat verin, Əfqanı yüngül maddə ilə cinayət işindən azad edim. Atam razılaşmış və qoyunları satıb qardaşım Şənliklə birlikdə 4000 manat pulu polis Fəridə otağında təqdim etmişdir. Buna baxmayaraq, məni Qobustan rayon Məhkəməsinə çağırmışlar. Məhkəmə mənə və qardaşım Şənliyə qarşı müstəntiqin ittiham aktında göstərdiyi ağır maddələr üzrə təqsirli bilərək 17 iyul 2018-ci il tarixli, 2( 026) -9/2018 saylı hökm elan etmişdir. Polis Fətəliyev barəmizdə CM-nin 221.3 127.2.3-cü maddələrini tətbiq etməklə işi məhkəməyə göndərmişdir. Yaxşı ki, hakimin insafı və vicdanı nəticəsində biz qardaşlar ağır cəzalar almadıq. Bir sözlə, polis Fərid Fətəliyev bizə verdiyi sözü tutmadı. Ona görə də hesab edirk ki, atam Xanəhmədin və qardaşım Şənliyin birlikdə ona verdiyi 4000 manat pulu geri qaytarmlıdır. Biz ona bir neçə dəfə xəbərdarlıq etsək də, o, vecinə almamış və bizə cavab belə verməmişdir.
Doğrudur, məhkəmə gedişatı zamanı da biz qardaşların həbs olunmamağı üçün 15000 manat istədilər. Halbuki, qarşı tərəf istintaq zamanı heç bir şikayətlərinin və iddialarının olmaması barədə barışıq ərizələrini rəsmən vermişlər. Buna baxmayaraq Məhkəmə də öz növbəsində heç nəyi nəzərə almadan bizdən 9000 (doqquz min)manat pul alıb, 1 il şərti cəza verdilər.
Amma bunların hamısı əsassız idi. Çünki biz örüş sahəsi üstündə həmkəndlimizlə dava-dalaş edərkən biz qardaşlar da xəsarətlər almışdıq. Nəticədə baş müstəntiq F.fətəliyev də, hakim də qulluq mövqelərindən süi-istifadə edərək bizi maddi ziyana saldılar. Cənab nazir xahiş edirəm verdiyimiz pulların geri qaytrılmasına köməklik göstərəsiniz”.

Muxalifet.az

Redaksiyadan: Yazıda adı çəkilənə qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.