“Qarabağ”ın rəqibi Bakıda - FOTO/VİDEO
26-09-2017 15:22
UEFA Çempionlar liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”la qarşılaşmalı olan İtaliyanın “Roma” klubu Bakıya gəlib.
Muxalifet.az xəbər verir ki, klub futbolçularının olduğu təyyarə bu gün günorta saatlarında Heydər Əliyev aeroportuna eniş edib.
Qeyd edək ki, qarşılaşma sabah saat 20:00-da Bakı Olimpiya Stadionunda baş tutacaq.