"Qarabağ"ın oyununun vaxtı dəyişdirildi

Baxış sayı:
7717

Azərbaycan Premyer Liqasında II turun oyun cədvəli açıqlanıb. Muxalifet.az PFL-ə istinadən bildirir ki, turun qarşılaşmaları üç günü əhatə edəcək. “Qarabağ” avrokuboklarda iştirak etdiyinə görə mövcud əsasnaməyə uyğun olaraq oyunu bir gün sonraya keçirilib.

Ağdamlıların “Qəbələ” ilə matçı avqustun 24-də deyil, ertəsi baş tutacaq.

Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Azərbaycan Premyer Liqası

II tur

24 avqust (şənbə)

“Sumqayıt” – “Səbail”

“Kapital Bank Arena”, 19:00

25 avqust (bazar)

“Sabah” – “Keşlə”

“Bank Respublika Arena”, 18:45

“Qarabağ” – “Qəbələ”

“Azersun Arena”, 21:00

26 avqust (bazar ertəsi)

“Zirə” – “Neftçi”

Zirə İdman Kompleksinin stadionu, 19:00