Qan xərçəngindən vəfat edən azərbaycanlı rejissorun ÜRƏKDAĞLAYAN GÖRÜNTÜLƏRİ - VİDEO

Baxış sayı:
10591

2017- ci ildə qan xərçənginən dünyasını dəyişən Şahin Zəkizadənin ürəkdağlayan görüntüləri yayılıb. BiG.AZ xəbər verir ki, mərhum rejissorun görüntülərində ailəsi də yer alıb. İzləyicilər sözühedən videonu ürəkağrısı ilə izləyib. Qeyd edək ki, Şahinin stilist xanımı Səbinə Zəkizadə övladı ilə birlikdə Azərbaycandan köçüb. Türkiyədə yaşayan Səbinə son dəfə belə açıqlama vermişdi: "Göydən 3 alma düşdü: biri sənin, bir mənim, biri də nağıl danışanın. Əli balam, bizim də nağılımız burada bitir. Əlvida mənim gözəl Bakım, vətənim. Çox şeylərdən, ətrafdakıların düşüncələrindən yoruldum. Övladımla birlikdə hər kəsdən uzaq yaşamaq istəyirəm. Yeni həyata başlamaq lazımdır. Çox şükür, balam var və ona baxıb xoşbəxt oluram. Amma bir qadın kimi mənim də haqqımdır xoşbəxt olmaq. Qəlbimdəki acı hər zaman mənimlədir. Lazım olanda nə qohum, nə də dostlarım yanımda olmadılar”.