Qan donduran olay: 52 çantadan 25 cəsəd tapıldı
20-11-2019 11:35
Baxış sayı:
6865
Meksikada fermadan tapılan 52 çantadan 25 cəsəd çıxarılıb.
Muxalifet.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə ölkənin ən güclü narkotik kartellərinin olduğu Jalisko əyalətində baş verib.
Əyalət prokurorluğunun açıqlamasına görə, cəsədlərdən altısının kimliyi müəyyən olunub. Onların əvvəllər məhkumluğu olduğu üzə çıxarılıb.
Olayın üstü əyalətdəki Toluquilla səmtində bir anbara basqın zamanı açılıb.
Hadisəylə bağlı araşdırma davam etdirilir.
Qeyd edək ki, Meksikada ötən il önəmli hisssəsi narkotik kartelləriylə bağlı olan 35 min 964 cinayət işlənib.