“Qalatasaray” Almaniya komandası ilə heç-heçə etdi

Baxış sayı:
13669

Futbol üzrə Türkiyə Superliqasının "Qalatasaray” futbol komandası 2018-2019-cu il mövsümünün ikinci hissəsinə hazırlıq çərçivəsində Almaniyanın "RB Leipzig” komandası ilə yoldaşlıq oyunu keçirib.

Almaniyada keçirilən oyun 1:1 hesabı ilə başa çatıb. 12 min tamaşaçının izlədiyi görüşdə hesabı 34-cü dəqiqədə "RB Leipzig”in oyunçusu Yussuf Poulsen açıb. İkinci hissənin 55-ci dəqiqəsində İstanbul komandasının futbolçusu Martin Linnes hesaba tarazlıq gətirib.
 
Fateh Terimin yetirmələri bu il ilk rəsmi matçını yanvarın 15-də Türkiyə kuboku uğrunda oyunda "Boluspor”a qarşı keçirəcək.
 
Xatırladaq ki, "Qalatasaray” klubu Braziliyanın "Atletiko Paranens” komandasından müdafiəçi Markos Nasimento Teixeiranı və müdafiəçi Emre Taşdemiri transfer edərək heyətini gücləndirib.