Putinlə Əsəd arasında telefon söhbəti baş tutub.

Baxış sayı:
4441

Ərdoğanla görüşdən sonra Putinlə Əsəd arasında telefon söhbəti baş tutub.
Bu barədə muxalifet.az TASS-a istinadən bildirir.
Rusiya Prezidenti Vladimir Putinlə Suriyalı həmkarı Bəşər Əsəd arasında telefon söhbəti baş tutub və Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla altı saatlıq danışıqların nəticələri üzrə Rusiya və Türkiyənin razılaşdırdığı memorandumun müddəaları barədə məlumat verib.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Putin vurğulayıb ki, Suriyanın ərazi bütövlüyünün bərpası,həmçinin birgə siyasi səylərin davam etdirilməsi, o cümlədən Konstitusiya Komitəsi çərçivəsində işlərin aparılması əsas vəzifələrdir.
"Prezident Əsəd Vladimir Putinə təşəkkür edib, həmçinin görülən işlərə tam dəstəyini, eləcə də Suriya sərhədçilərinin Rusiya hərbi polisi ilə birlikdə Suriya-Türkiyə sərhəddinə getməyə hazır olduğunu bildirib"-TASS Peskova istinadən məlumat yayıb.

Muxalifet.az