Putinlə Makron telefonla danışdı - UKRAYNANI MÜZAKİRƏ ETDİLƏR

Baxış sayı:
11165

Ötən gün Fransada səfərdə olan Rusiya prezidenti Vladimir Putinlə bu ölkənin prezidenti Emmanuel Makron arasında danışıqlar gecə yarısına qədər davam edib.

Virtualaz.org xəbər verir ki, bu haqda jurnalistlərə Putinin mətbuat katibi Dmitri Peskov danışıb.

“Danışıqlar həm təkbətək formatda, həm iki ölkə nümayəndə heyətlərinin iştirakı ilə aparıldı. Habelə prezidentlər bir-biri ilə söhbət edərkən iki xarici işlər nazirləri yanında beynəlxalq işlər üzrə köməkçilər səviyyəsində ayrıca təmaslar oldu”,-Peskov deyib.

Rusiya prezidentinin mətbuat katibi əlavə edib ki, iki lider arasında danışıqlar məzmunca zəngin olub və qarşılıqlı etimad şəraitində keçib. Onlar Ukrayna mövzusunu, Normand formatında danışıqların təşkilini geniş müzakirə ediblər.

“Habelə liderlər Suriyadakı situasiya barədə fikir mübadiləsi aparıblar və bir sıra digər regional münaqişələri müzakirə ediblər-Qarabağdakı, Balkanlardakı münaqişələri”,-Putinin mətbuat katibi bildirib.