Putinin təyyarəsi Bişkekə riskli eniş edib

Baxış sayı:
6817

Rusiya prezidenti Vladimir Putinin təyyarəsi ötən gün Qırğızıstanın paytaxtı Bişkek riskli eniş həyata keçirib.
Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, KTMT sammitində iştirak etmək üçün Bişkekə səfər edən Putinin təyyarəsini olduqca əlverişsiz hava şəraiti səbəbindən Qazaxıstanı Alma-Ata şəhərinin aeroportuna yönləndirmək istəyiblər. Çünki Bişke aeroportunda qatı duman və yüksək rütubət müşahidə olunub, görmə məsafəsi cəmi bir neçə metr təşkil edib.
Lakin Putinin təyyarəsinin komandiri əlverişsiz hava şərtlərinə baxmayaraq Bişkekə enməyə qərar verib. “Komandir “endirəcəm” dedi və güclü duman şəraitində layneri böyük ustalıqla endirdi, təyyarənin enişi güclə hiss olundu”,-mənbə life.ru-ya bildirib.
Putinin mətbuat katibi Dmitri Peskov informasiyanı təsdiqləyib: “Bəli, belədir. Lakin prezident təyyarəsi üçün yol verilən bütün qaydalara əməl olundu”.