​Prosesin ən kəskin dövrü müşahidə olunur - Qərargah son vəziyyəti açıqladı

Baxış sayı:
22279

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılmış Qərargah hava şəraiti ilə bağlı növbəti məlumat yayıb.
BakuPost-a daxil olan məlumata görə, hazırda əsasən bu prosesin ən kəskin dövrü müşahidə olunmaqdadır.
Belə ki, 17 yanvar saat 17:00-a olan məlumata əsasən Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti Pirallahıda 30 m/s, Bakı, Sumqayıt, Maştağa, Biləcəridə 40 m/s-dək şiddətlənib.
Dalğanın maksimal hündürlüyü açıq dənizdə 7,9 metr təşkil edir.
Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, dağlıq və dağətəyi rayonlarda qar yağır.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcə isti təşkil edir.