Polisin meyiti xidməti otağında tapıldı - SUMQAYITDA

Baxış sayı:
14292

Sumqayıt şəhərində ehtiyatsızlıqdan ölüm hadisəsi baş verib. Muxalidet.az report-a istinadən xəbər verir ki, Sumqayıt şəhər polis idarəsinin 1-ci Polis bölməsinin 1995-ci il təvəllüdlü cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Rəhman Hüseynli xidməti otağında ölmüş vəziyyətdə aşkar olunub. Onun ehtiyatsızlıqdan özünü güllə ilə vurduğu ehtimal edilir. Meyit axşam saat 19:40 radələrində tapılıb.