Polis qəsəbəyə pul səpən şəxsi axtarır - QƏRİBƏ HADİSƏ

Baxış sayı:
6691

İngiltərənin şimalındakı Bləkhol Kolieri qəsəbəsində maraqlı hadisə qeydə alınıb.
Publika.az Britaniya mətbuatına istinadla xəbər verir ki, qəsəbədə son 5 ildə 12 dəfə pul dolu zərflər tapılıb.
Onların kim tərəfindən qoyulduğu isə hələ də bilinmir. 2014-cü ildən bəri ortaya çıxan zərflərlə bağlı müəmma davam edir. Son olaraq bu həftə ərzində içində 2 min funt-sterlinq olan daha bir zərf tapılıb.
Polis pulları kimin qoyduğunu tapmaq üçün vətəndaşlar, qurumlar və banklarla görüşüb. Bütün axtarışlara rəğmən, sirli şəxs tapılmayıb.
Qəsəbənin polis rəisi Konsteybk Con Forster mövzu ilə bağlı açıqlamasında hadisənin üstünün açılmasına kömək edəcək hər hansı məlumatı məmnuniyyətlə qəbul edəcəklərini deyib. Pulları qoyan şəxsin bir xeyriyyəçi ola biləcəyini qeyd edən Forster pulları onlara təhvil verən vətəndaşlara da təşəkkür edib.
Polis rəisi son dəfə tapılan pulun da iki həftə onlarda qalacağını, sahibinin tapılmaması təqdirdə onu tapan şəxsə geri qaytarılacağını bildirib.