PKK missiyasını tamamladı

Baxış sayı:
4912

1980-ci illərdən bəri Türkiyənin başına bəzi mərkəzlər tərəfindən bəla edilən PKK terror təşkilatı can verməkdədir. Xüsusilə son dövrdə ortaya qoyulan qətiyyətli mübarizənin nəticəsində çox ciddi itkilər verən, dağda və şəhərdə fəaliyyət göstərə bilməyən PKK-nın Türkiyə və İranın başlatdığı ortaq əməliyyatdan sonra dağlarda ciddi itki verməsi planlaşdırılır. PKK-nı quran mərkəzlərin Suriyanın şimalında terror dövləti qurulması üçün PYD / YPG-yə dəstək verməsi kontekstində terror təşkilatının bir çox üzvlərinin də YPG-yə cayması nəticəsində PKK-nın artıq bitmə nöqtəsinə gəldiyi və missiyasını tamamladığı ifadə edilir.
 
Strateji Araşdırmalar Mərkəzinin (ASSAM) sədrinin müavini təqaüddə olan polkovnik Ersan Ergür də PKK-nın bitdiyini bildirib: "Bu gün Türkiyənin etmiş olduğu əməliyyatlarda öldürülən terrorçuların bir çoxu PYD / YPG missiyasını qəbul etməyənlərdir. PKK-nın PYD / YPG-yə çevrilməsi ilə yeni bir forma yaradılır. Bu mənada PKK artıq bitdi. Bütün məqsədi Suriyanın şimalında bir siyasi quruluş qurmaqdır. PKK-nı təsis edən insanlar ona yüklədikləri missiyanı bu gün PYD / YPG-ə yükləyirlər.
Son dövrdə terror təşkilatları ilə mübarizənin intensivləşdiyinə diqqət çəkən ASSAM-ın baş katibi Əli Coşar isə, "Türkiyənin yaşamış olduğu 15 iyul bəlasından sonra PKK kimi terror təşkilatları ilə mübarizə intensivləşdi. Bu proses təxminən 2,5 ildir davam edir. Maliyyə mənbələrini itirdilər. Türkiyə təhlükəsizlik taktikasını sərhədlərinin kənarına çıxarmaq qərarı verdi. PKK-nın İraqdan və Suriyadan Türkiyəyə sızması böyük ölçüdə önləndi. Buna görə, PKK terror təşkilatı artıq duruş gətirə bilməz. Astana prosesinin kontekstində İranla danışıqlar nəticə verməyə başladı. İran öz vədlərini yerinə yetirməkdə çətin bir ölkə olsa da, bu birgə əməliyyatın keçirilməsinə dair qərarı məmnun edicidir” deyə bildirib.
Müxalifət.az