PKK-lı terrorçunun dəfninə getdi, vəzifədən uzaqlaşdırıldı

Baxış sayı:
6550

PKK-lı terrorçunun dəfninə qatılan Raman Məhəllə muxtarı S.A, vəzifəsindən müvəqqəti uzaqlaşdırılıb.
 
Valilikdən verilən yazılı açıqlamada, "Rayonumuzun mərkəz Raman Məhəllə muxtarı S.A, separatçı terror təşkilatı üzvünə aid bir şəxsin cənazəsinin ailəsinə təhvil edilməsi və dəfn proseslərinə fəal olaraq qoşulması və buradakı işləri səbəbiylə hüquqi və inzibati cəhətdən istintaq başlanılmışdır.
Daşıdığı vəzifənin həssaslığına görə, rayonumuz mərkəz Raman Məhəllə muxtarı haqqında yekun qərar verilənə qədər valimiz tərəfindən müvəqqəti tədbir kimi vəzifəsindən uzaqlaşdırılıb. Raman Məhəlləsi muxtarlık vəzifəsini aparmaq üçün Ağsaqqallar Şurası Ramazan Bingölə həvalə edib" deyilib.
Müxalifət.az