Ölkə COP29-a köklənib, Taleh Bəşirovla Gündüz Əliyev isə Sumqayıtı “şaqqalamağa”
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının icarəyə verilməsi və dövlət ehtiyacları şöbəsinin müdiri Taleh Bəşirovla,Sumqayıt Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev Xəzər bağlarına divan tutur. Bütün ölkənin başının COP29-a qarışdığı bir zamanda “dərə xəlvət tülkü bəy” prinsipi ilə hərəkət edən hər iki məmur, Sumqayıtdakı Xəzər bağlarını “şaqqalamaqda”, hektarlarla torpaq sahəsini dədə-baba mülkü kimi satışa çıxarmaqdadır.
Məlumat üçün qeyd edək ki, artıq Xəzər bağları massivi adıçəkilən cütlük tərəfindən demək olar ki, tamamilə mənimsənilib. Taleh Bəşirov və Gündüz Əliyevin bu bölgəni hədəf seçməsinin isə iki səbəbi var. Bunlardan biri şəhər bulvarına yaxın olan Xəzər bağlarının Sumqayıtın ən perestijli və ən bahalı ərazilərindən biri olmasıdır. Bu isə o deməkdir ki, Taleh Bəşirov və Gündüz Əliyev cütlüyü Xəzər bağlarındakı torpaq alqı-satqısından digər ərazilərlə müqayisədə ikiqat çox gəlir əldə edir.
Cütlüyün Xəzər bağlarını hədəf seçməsinin digər bir səbəbi isə bu ərazilərin xəritəsinin hələ də tam müəyyən edilməməsidir. Məhz bu amil Taleh Bəşirov və Gündüz Əliyev cütlüyünə imkan verir ki, onlar Xəzər bağlarındakı 10 hektarlarla torpaq sahəsini daha rahat şəkildə həzm-rabedən keçirsin.
Bir məqamı da qeyd edək ki, Taleh Bəşirov son 1 ildə Sumqayıt şəhərində yüzlərlə torpaq sahəsini şəxsi maraqları zəminində müxtəlif iş addamlarının adına rəsmiləşdirib və bundan külli miqdarda gəlir əldə edib.