​“Nyu-York Tayms” Trampa XƏBƏRDARLIQ ETDİ

Baxış sayı:
2194

“Nyu-York Tayms” qəzetinin naşiri Qreqq Sulzberger ABŞ prezidenti Donald Tramp ilə keçirdiyi görüşdən danışıb və Trampın jurnalistlərə “xalq düşməni” deməyi tərgitməsini istəyərək, bu cür yanaşmanın vəziyyəti daha da kəskinləşdirəcəyi barəsində xəbərdarlıq edib.
Hurriyyet.org xəbər verir ki, Tramp ilə Sulzberger Ağ Evdə görüş keçirdikdən sonra Tramp “Tvitter” şəbəkəsində mesaj paylaşaraq, əvvəlcə “çox gözəl bir görüş idi” yazıb, bundan sonrakı paylaşmasında isə yalan xəbərlər verdiklərini iddia edərək jurnalistləri “xalq düşməni” adlandırmışdı.
“Nyu York Tayms” Tramın paylaşmaları ilə bağlı “Sulzberger ilə görüşün təsvirinə şərh” kimi qiymətləndirib.
 
“Tramp sindromu xəstəliyinə yaxalanmış media”
 
Görüşdə Trampa onun danışıq tərzi ilə bağlı narahatlıqlarını çatdırdığını söyləyən Sulzberger deyib: “Dediklərimizə görə çox sayda təhdid alırıq. Silahlı mühafizəçi tutmaq məcburiyyətində qaldığımızı söylədim. O da bu günə qədər silahlı mühafizəçimiz olmadığına təəccübləndirdiyini bildirdi. Prezidentə çoxlarının həyatını risk altında qoyduğu və ölkəmizin demokratik dəyərlərinin zərər gördüyü məsələləri ilə bağlı xəbərdarlıq elədim”.
Sulzbergerin açıqlamalarından sonra Tramp yenidən “Tvitter”də açıqlama verib. Tramp media təşkilatlarını yalan xəbərlərlə çox sayda insanın həyatını təhlükəyə atmaqda ittiham edərək deyib: “Tramp sindromu xəstəliyinə tutulmuş media hökumətimizin gizli yazışmalarını ifşa eləməklə təkcə jurnalistlərin deyil, çox sayda insanın həyatını təhlükəyə atmış olur. Bu, heç vətənpərvərcəsinə deyil” Mətbuat azadlığı ilə xəbərləri yaymaq məsuliyyəti eyni bərabərdə olmalıdır”.