Nurməhəmmədov Makqreqorla revanşdan imtina edib

Baxış sayı:
22318

Yüngül çəki dərəcəsində UFC çempionu, rusiyalı döyüşçü Həbib Nurməhəmmədov irlandiyalı döyüşçü Konor Makqreqorla revanş keçirilməsi ehtimalını qiymətləndirib.
Muxalifet.az TMZ-yə istinadən xəbər verir ki, o, açıqlamasında revanşdan imtina etdiyini bildirib.
"Bu qisas mənə niyə lazımdır? Son döyüşdən əvvəl də o, çox danışdı. Ancaq Konor mənə məğlub oldu, döyüşdə heç bir şey edə bilmədi", - deyə Nurməhəmmədov qeyd edib. 
Xatırladaq ki, Həbib Nurməhəmmədov Las-Veqasda keçirilən döyüşdə irlandiyalı döyüşçü Konor Makqreqor üzərində vaxtından əvvəl qələbə qazanaraq çempion kəmərini özündə saxlayıb.