Türkmən və Ərəb tayfalarından Türkiyəyə müraciət: TORPAQLARIMIZI TERRORÇULARDAN AZAD EDİN

Baxış sayı:
5323

Suriyanın Türkmən və Ərəb Tayfaları Birliyi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Fəratın şərqini separatçı terror təşkilatından qurtarmağa yönəlik hərəkata bir neçə gün içərisində başlanacağı” ilə bağlı YPG / PKK terror təşkilatı tərəfindən işğal edilən torpaqlarına geri dönmək üçün Türkiyədən bölgəyə təcili müdaxilə gözlədiyini bildirib.
 
Birlikdən verilən yazılı bəyənatda, terror təşkilatı YPG / PKK tərəfindən zorla köç etdirilən Ərəb, Türkmən və kürdlərin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın YPG / PKK-nın olduğu bölgələrə yönəlik hərəkat açıqlamasını sevinclə qarşıladıqları ifadə edilib.
Mümkün bir əməliyyatla tərk etdikləri evlərinə qayıtmağa ümid etdikləri bəyənatda qeyd edilib:
"Minlərlə günahsız insanı öz vətənindən ayıraraq, evlərini və kəndlərini yandıraraq uşaqlarımızı zorla terrorçulara qoşulmağa məcbur edən, torpaqlarımızda narkotik əkib satan YPG / PKK, bu cinayətlərə hələ də davam edir. Bunun üçün Türkiyədən təcili müdaxilə etməsini xahiş edirik. Türkiyə əvvəlki əməliyyatlarında müvəffəq olmuşdu, bu əməliyyatda da müvəffəq olacağına inanırıq. Prezident Rəcəb Tayyib Ərdoğanın terror mövzusundakı həssaslığını təqdirlə qarşılayırıq. Suriyalılar olaraq hər zaman Türkiyənin yanında olduq, bu əməliyyatda da yanında olacağıq və Türk ordusunun YPG / PKK işğalçı terror təşkilatından torpaqlarımızı təmizləyəcəyinə və evlərimizə dönəcəyimizə inanırıq."
Müxalifət.az