İŞİD-in əlində olan ən böyük qala ələ keçirildi
30-07-2018 22:53
Baxış sayı:
2233

Suriya ordusu Dəra şəhərində İŞİD-in nəzarətindəki ən böyük qala olan Şacranı ələ keçirib.
Muxalifet.az xəbər verir ki, bu barədə danışan suriyalı komandir Şacranın son və ən böyük qalasının ələ keçirildiyini təsdiqləyib.
Suriyalı komandir ordu qüvvələrinin Yermuk vadisində yerləşən mövqelərə şimal-qərb və şimal-şərq olmaq üzrə iki istiqamətdən əməliyyat aparıldığını bildirib.
Komandirin verdiyi məlumata görə, istehkam qoşunları xadimlərdən azad edilmiş bölgələrdə araşdırmalar aparır və ərazini minalardan təmizləməyə başlayıb.