İcra başçısı vəzifəsindən azad olundu - YENİ TƏYİNAT
30-07-2018 18:19
Baxış sayı:
2578

Prezident İlham Əliyev Vüqar Səfərovun Naxçıvan Muxtar Respublikasının Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Muxalifet.az-ın məlumatına görə, sərəncamla Vüqar Şəmsəddin oğlu Səfərov Naxçıvan Muxtar Respublikasının Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Dövlət başçısının digər sərəncamı ilə Mirsənani Mirsaleh oğlu Seyidov Naxçıvan Muxtar Respublikasının Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.