ABŞ-a qarşı 4-lü zirvə görüşü: TÜRKİYƏYƏ GƏLƏCƏKLƏR

Türkiyənin ev sahibliyində Rusiya, Almaniya və Fransanın iştirakı ilə keçiriləcək sammitin gündəmini ABŞ-ın başlatdığı ticarət müharibələri, İrana embarqo, Suriyada baş verən proseslər və regional problemlər təşkil edəcək.
Prezident Tayyib Ərdoğan BRİCS Sammitində iştirak etmək üçün getdiyi Cənubi Afrikadan qayıdarkən jurnalistlərə, 7 sentyabrda Rusiya, Almaniya, Fransa və Türkiyə olaraq İstanbulda bir zirvə görüşü keçirəcəklərini açıqlayıb.
Dördlü zirvə görüşünə qatılacaq ölkələrin də İrana qarşı embarqoya qarşı çıxan ölkələr olması diqqət çəkib. Sammitdə Trampun Türkiyəyə qarşı sanksiya təhdidinin də müzakirə olunacağı qeyd edilib.
Sammitdən ən əsas gözləntilərdən biri də ABŞ-ın başlatdığı iqtisadi müharibəyə qarşı çıxa biləcək bir birlik ehtimalıdır.
Müxalifət.az