Ərdoğandan Adnan Oktar haqda açıqlama

Baxış sayı:
2113

Türkiyə prezidenti Ərdoğan, ötən günlərdə keçirilən əməliyyatla nəzarətə alınan və sonra həbs olunaraq həbsxanaya göndərilən Adnan Oktarla bağlı açıqlama verib.
 
Adnan Oktarı adını çəkmədən "Əxlaqsız adam" kimi dəyərləndirən Ərdoğan, FETÖ ilə Adnan Oktar təşkilatı arasındakı oxşarlıqlara diqqət çəkib.
Prezident Ərdoğan Oktarın onun qonşusu olduğunu deyib: “İstanbulda Üsküdarda yaşadığım dövrdə qonşum olub, amma şəxsən tanımıram. Əxlaqsız bir adam idi. Ədəbi yerində deyil. Çox əxlaqsız bir tipdi. Əxlaqi cəhətdən zəiflikləri olan bir tipdir.
Sizin ona təslim etdiyiniz uşaqları, gəncləri alır, onları öz istədikləri kimi yetişdirib, ondan sonra da sistemin içinə soxub, buraları ələ keçirmək əməliyyatları aparırlar".
Müxalifət.az