​Amerikalılar “Putini xilas etdi” – Film

Baxış sayı:
3973

ABŞ-da Rusiya prezidentinin amerikalılar tərəfindən xilas edilməsini əks etdirən bədii film çəkilib.
Muxalifet.az xəbər verir ki, yeni film “Qatil ovçu” adlanıb. ABŞ sualtı gəmisinin ekipajından bəhs edən filmdə hadisələr əsasən Şimal Buzlu okeanda cərəyan edir. Belə ki, Şimal Buzlu okeanda xidmət aparan sualtı gəmi burada Rusiya Müdafiə Nazirliyinin prezidentə qarşı çevriliş hazırlaması barədə informasiya əldə edir. Çevrilişin Üçüncü Dünya Müharibəsi təhdidi yaradacağı üçün ekipaj Rusiya liderini xilas etmək haqqında qərar qəbul edir.
Filmdə Rusiya prezidenti rolunu Aleksandr Dyaçenko canlandırıb. Baş rolları isə Cerard Batler və Hari Oldman ifa ediblər.