Tiflisdə Heydər Əliyevin abidəsinə boya töküblər
3-06-2017 19:31

Tiflisin mərkəzində yerləşən mərhum Azərbaycan prezidenti Heydər Əliyevin abidəsinə boya töküblər.
Bu barədə Gürcüstanın İmedi telekompaniyası xəbər verib. Telekompaniyanın məlimatına əsasən, hadisə çox gec saatlarında baş verib. Tiflis meriyasının təmizlik xidməti hadisədən dərhal sonra abidəni gecə saatlarında təmizləyiblər. Hadisənin səbəbləri bəlli deyil.
Ancaq Gürcüstan mediası bunu jurnalist Əfqan Muxtarlının həbsi ilə əlaqəsinin olduğunu yazırlar.