İlham Rəhimovun “toxumları” necə ələ keçirilib? - SENSASİON İDDİALAR

Baxış sayı:
718

Müğənni Ruhiyyə Əliyevanın əkizlərinin atası olan iş adamına qurduğu tələnin tükürpədici detalları

II YAZI

Birinci yazımda da qeyd etdiyim kimi, 2012-ci ildə sabiq deputat, Milli Məclisin İnsan Hüquqları Komitəsinin keçmiş sədri Rəbiyyət Aslanova ilə cəmiyyətdə daha çox Putinin dostu kimi tanınan iş adamı İlham Rəhimovun nikaha daxil olması çoxları üçün gözlənilməz idi. Əlbəttə, ölkədə kifayət qədər tanınan, ciddi vəzifə və nüfuz sahibi olan insanların təxminən 60 yaşında evlilik qərarı alması başqa cür də qarşılana bilməzdi. Görünür, o səbəbdən də onların ailə qurması “siyasi evlilik” kimi təqdim olunmağa başladı.
Lakin bəzi media resursları da var idi ki, öz təxəyyüllərini “həqiqət” kimi təqdim etməyə çalışır, guya, bu insanların iradələrinə zidd olaraq nigah masasına oturmağa məcbur edildiyini yazırdılar. Əvvəlki yazımda bu haqda geniş məlumat verdiyimdən, həmin mövzuya qayıtmağa ehtiyac görmürəm. Sadəcə, onu deyə bilərəm ki, Rəbiyyət Aslanova ilə İlham Rəhimovun nikahının “siyasi evlilik” kimi təqdim olunması həmin vaxt bəzi sıradan insanların marağına xidmət edirdi. Xüsusilə o şəxslərin ki, onlar bu nikaha qarşı idilər və yeni cütlükləri ayırmaq üçün mümkün olan hər yola əl atırdılar...
Öncəki yazımda da oxucuların diqqətinə ərz etmişdim ki, R.Aslanova ilə İ.Rəhimovun evliliyinin cəmi 6 ay çəkməsi bir xəbərlə alt-üst oldu. Əslində, bu xəbərin nə olduğu artıq kimsəyə sirr deyil. Bəs, biz nə üçün o informasiyanın İ.Rəhimovun “keçmiş səhvlərindən” qaynaqlandığı düşüncəsindəyik? İlk əvvəl bu suala cavab axtarmağa çalışaq.
Kimsəyə sirr deyil ki, İlham Əliyevin bu evliliyə qədər həmyerlisi olan müğənni Ruhiyyə Əliyeva (Ruhi) ilə yaxın münasibəti olub. Çünki onların yaxınlığı zaman-zaman mediada gündəmə çevrilib. Hətta bəziləri bu ikilini “evləndirib”, başqaları onların vətəndaş nikahında “ər-arvad kimi” yaşadıqlarını iddia edib və s. Lakin bu yazımda son dərəcədə dəqiq qaynaqlara istinadən deyə bilərəm ki, R.Əliyevanın İ.Rəhimovdan olan əkizləri 6 yaşına çatanadək onların arasında heç bir rəsmi bağ olmayıb. Əslində, bu haqda illər öncədən mediada da kifayət qədər məlumat verilib. O da iddia olunub ki, İlham Rəhimov yalnız Bakıya gəldiyi zamanlar ara-sıra onunla görüşüb. Üstəlik, çoxlarının iddia etdiyindən fərqli olaraq, bu yaxınlığın qarşılığında müğənniyə nə bahalı maşın, nə villa, nə də mağaza və s. hədiyyə olunmayıb. Çünki İ.Rəhimov nə qədər zəngin bir insan olsa da, onu kimsə səxavətli biri kimi tanımır. İkincisi, o, bu münsibətləri heç vaxt ciddiyə almayıb və müğənni ilə yaxınlığına ötəri yanaşıb. Artıq sizlərə məlumat verdiyim kim, iş adamı Rəbiyyət Aslanova ilə evliliyi öncəsi də bunu etiraf edib, yəni Ruhiyyə Əliyeva ilə ciddi əlaqəsinin olmadığını bildirib.
Bəs, necə oldu ki, o, “təcrübəsizlik” göstərərək, qeyri-ciddi münasibətdə olduğu müğənnini hamilə buraxıb? Zənnimcə, İlham Rəhimovun Rəbiyyət Aslanova ilə evliliyinin cəmi 6 ay sonra dağılmasının səbəbi də bu sualda gizlənir. Söhbət ondan gedir ki, R.Əliyeva İ.Rəhimovun onunla ötəri münasibətdə olduğunu bildiyi halda, özü üçün böyük planlar qurub. Çünki məqsəd iş adamını ələ keçirmək, ondan övlad dünyaya gətirmək olub. Əlbəttə, o, İlham Rəhimovun onunla dərinə gedən bağ qurmayacağını, adi vəziyyətdə heç vaxt ona öz qadını kimi yanaşmayacağını çox gözəl bilirdi. Əslində, iş adamının ona qarşı münasibəti də hər şeyi ortaya qoyub. Amma Ruhi Əliyeva səbrlə gözləyib, öz hədəfinə çatmaq üçün mümkün olan hər varianta əl atıb. Müğənni vaxtilə özünə yaxın bildiyi adamlara etiraf etmişdi ki, İlham Rəhimovdan hamilə qalmaq istəyir, amma qarşı tərəf heç bir halda ona şans tanımır.
Təbii ki, İ.Rəhimovun bu məsələdə ehtiyatlı davranması anlaşılandır. Amma, necə deyərlər, “İlham Rəhimov saydığını saysın, görün Ruhi Əliyeva nə sayıb”...
Oxuculardan üzr istəyərək bir məsələni diqqətə çatdırmaq istəyirəm. Müğənni R.Əliyeva yaxın rəfiqəsinə deyib ki, iş adamı cinsi təmas zamanı həmişə qoruyucu vasitələrdən istifadə edir, bu səbəbdən də ondan hamilə qalması mümkün deyil.
Bununla belə, o, ümidini üzmür. Beləcə, onların münasibəti aylarla davam edir. Bir daha oxucuların əfvinə sığınaraq bildirim ki, nə qədər olmasa da “KQB məktəbi keçən”, uzun illərdir bu təşkilatın “xaç atası” Putinlə oturub-duran İlham Rəhimov onunla yataq münasibətindən sonra hər dəfə öz toxumlarını istifadə etdiyi rezinlə birlikdə ləğv edib. Bu səbəbdən bədbinliyə qapılan R.Əliyeva bir gün, çox güman ki, ətrafının da məsləhəti ilə İ.Rəhimovun toxumlarını ələ keçirməyi qarşısına məqsəd qoyur...
Bu sətirlərin müəllifi olaraq həmin vaxt yaşananlarla bağlı az-çox məlumat almaq imkanım olduğundan, baş verənlər mənə gün kimi aydın idi. Üstəlik, bu xəbərlər nə qədər sirr kimi saxlanılsa da, müğənni ilə ortaq rəfiqələrimiz zaman-zaman hər şeyi detallı şəkildə danışırdılar. Doğrusu, həmin vaxt bütün bunlar mənim üçün o qədər də maraqlı deyildi. Ona görə də, bu məlumatları sadəcə dedi-qodu kimi dinləyir və çox vaxt da ciddiyə almırdım. Amma “mənbə”lərin etibarlılığına və informasiyanın səhihliyinə bu gün də əminəm.
Beləliklə, sonrakı günlərdə məlum oldu ki, müğənni R.Əliyeva İ.Rəhmovun onunla münasibətdən sonra rezin qarışıq atdığı toxumları ələ keçirməyin yolunu tapıb. Bu haqda geniş yazmaq istəmirəm. Qısaca olaraq onu deyim ki, bu iş üçün bir nəfər də ayrılıb. Həmin şəxs İ.Rəhimovun toxumları ələ keçirildikdən dərhal sonra onu süni mayalanma üzrə mütəxəssisə çatdrımalı imiş. Şübhəsiz, bu məqsədlə əvvəlcədən vaxtilə Bakıda çalışan türk həkimlə danışılıb, “əməliyyat” baş tutarsa, ona külli miqdarda vəsait ödəniləcəyi də vəd olunub.
Məlumata görə, onlar bir neçə dəfə iş adamının toxumunu əldə etməyə nail olsalar da, ilk vaxtlar müğənninin süni mayalanma yolu ilə hamilə qalması mümkün olmayıb. Deyilənə görə, beşinci, ya altıncı cəhddə Ruhi Əliyeva öz istəyinə nail ola bilib. Üstəlik, İlham Rəhimovdan ilk cəhddə bir deyil, iki uşaq dünyaya gətirib. Ən maraqlısı isə odur ki, o, bu sevincinin qarşılığında ona “qızıl sinidə” iki övlad bəxş edən türk həkimə fantastik məbləğdə mükafat verib. Bəzi iddialara görə, söhbət təxminən 300 min dollardan gedir. Bunun nə dərəcədə dəqiq bir rəqəm olduğunu deyə bilməsəm də, sözügedən vəsaitin qarşılığında həmin həkim Azərbaycandan köçərək, Türkiyəyə qayıtmalı imiş. Və elə də olub. Çünki R.Əliyeva onun bu sirrini bilən şəxslərin ətrafda “başıboş gəzməsindən” narahat olub, pulunu verərək, onların “gözdən, könüldən uzaq” olmasını istəyib. Müğənni ehtiyat edib ki, onun qurduğu tələdən İlham Rəhimov xəbər tutar və iş adamının övladını dünyaya gətirmədən bütün arzuları puç olar.
Şübhəsiz, yazımın bu yerində hər kəsi bir sual düşündürməyə bilməz: o illərdə sıradan bir müğənni olan Ruhi Əliyeva onu süni mayallanma yolu ilə İlham Rəhimovun uşaqlarının anası edən türk həkimə verdiyi böyük həcmdə vəsaiti necə və hansı yollarla əldə edib? Doğrudur, həmin vaxt onun bir sıra yüksək rütbəli məmurlarla əlaqəsi olub. Amma, yəqin oxucular da etiraf edər ki, kimsə sıradan bir tanışına deyildiyi qədər pul verməzdi. Veribsə, deməli, ya tərəflər arasında çox yaxın münasibət olub, ya da ortada daha ciddi maraqlar var.
Qismət olsa, bütün bu suallara üçüncü yazımda daha ətraflı aydınlıq gətirəcəm. Hələlik isə sadəcə onu deyə bilərəm ki, müğənni Ruhiyyə Əliyevanın İlham Rəhimovdan, eləcə də cəmiyyətdən gizlədiyi “böyük sirr” övladlarının oğurluq toxumlarla dünyaya gəlməsi deyil. Onun ən böyük sirrini növbəti yazıda açıqlayacam.
G.Ə
P.S. Kimlərsə düşünə bilər ki, mən niyə bu haqda zamanında deyil, illər sonra, yəni məhz bu gün yazmağı qərara aldım. Yaxud bu sətirlərin müəllifinin R.Əliyeva ilə hansısa qəsdi-qərəzinin olduğunu güman edənlər də ola bilər. Bəri başdan deyim ki, bu yazını yazmaqda məqsədim heç də hansısa müğənnini ifşa etmək deyil. Əslində, o, maraq dairəmdə olan şəxs də deyil. Amma ortada daha ciddi səbəblər var ki, bütün bunlar haqda oxucularıma geniş məlumat verəcəm.
Redaksiyadan: Bu yazı hazırda Avropada yaşayan və müəyyən səbəblərdən adını tam olaraq açıqlamayan xanım jurnalist tərəfindən qələmə alınıb. Yazıda qeyd olunan fikirlərlə bağlı maraqlı tərəflərin mövqeyini dərc etməyə hazırıq.